Cazmen, Azərbaycanın Əməkdar artisti Şahin Növrəsli may ayında ABŞ-da konsert proqramları ilə çıxış edəcək.
   Cazmenin saytında yer alan məlumata görə, Şahin Növrəsli mayın 13-də Pitsburqun “Manchester Craftsman Guild” məkanında, mayın 15-də isə Vaşinqtondakı “Blues Alley” klubunda konsert proqramları ilə çıxış edəcək.