Fevralın 18-də Azərbaycan Xalça Muzeyində muzeyin kolleksiyasında saxlanılan ən qədim və nadir eksponatlardan olan Qafqaz Albaniyasının Yaloylutəpə mədəniyyətinə aid qabın tarixi haqqında məlumat veriləcək. Muzeydən bildirilib ki, tədbir “Bir eksponatın tarixi” layihəsi çərçivəsində reallaşacaq. AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru Qoşqar Qoşqarlı tədbirdə geniş məruzə ilə çıxış edəcək.