Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı artıq üçüncü ildir ki, mövsüm ərzində fəaliyyəti ilə seçilən əməkdaşları qiymətləndirir, fərqlənənlərə ASSİTEJ-Azərbaycan Milli Mərkəzinin “Sima” mövsümi mükafatı təqdim olunur. Teatrın mətbuat xidmətindən bildirilib ki, bu mövsüm də uğurlu obrazları, debüt tamaşaları, maraqlı layihələri ilə seçilən, müxtəlif xarici ölkələrdə festival və qastrollarda çıxış edən, o cümlədən ASSİTEJ-Azərbaycan Milli Mərkəzinin işində fəal iştirak edən teatrın yaradıcı heyətinin təltif olunması üçün ümumilikdə 12 nominasiya müəyyənləşdirilib. Mövsümün sonunda qaliblər mükafatlandırılacaq.