11-15 aprel tarixində AMEA Milli Azərbaycan Tarixi Muzeyi, Səlcuq Universiteti Türk Əl Sənətləri Araşdırma və Tətbiqi Mərkəzi (Konya) və digər qurumların birgə təşkilatçılığı ilə Bakıda VII Beynəlxalq Türk İncəsənəti, Tarixi və Folkloru Konfransı keçiriləcək. 
   Konfrans qədim türk mədəni irsinin tədqiq edilməsi baxımdan böyük əhəmiyyətə malikdir. Konfransda türk incəsənəti, tarixi, folkloru, arxeologiyası, təhsili, turizm və mədəni mirasın qorunmasında muzeylərin rolu mövzularında məruzələr dinləniləcək.