Fevralın 14-də Heydər Əliyev Sarayında tanınmış müğənnilərin iştirakı ilə “Sevgilim” adlı konsert proqramı təqdim olunub.
   Saraydan bildirilib ki, konsertdə Əməkdar artist Ədalət Şükürov, müğənnilər Niyam Səlami, Ceyla, Vüqar Əbdülov, İlqar Sahil, Könül Məmmədli, Yaşar Cəlilov, Elvin Abdullayev, Yaşar Yusub, Məryəm Şabanova, Elcan Rzayev, Taleh Yəhyayev, Rauf, Nərmin Kərimbəyova, İlham Kərimli (rəqs), Səfa Mehdi (bədii qiraət), Röya Əliyeva (rəqs) və başqaları iştirak ediblər.