M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında bəstəkarlar Vasif və Ceyhun Allahverdiyevlərin əsərlərindən ibarət konsert proqramı təşkil olunub.
   Filarmoniyanın və Mədəniyyət və Turizm Nazirliyinin birgə təşkilatçılığı ilə gerçəkləşən konsertdə Xalq artisti, dirijor Teymur Göyçayevin rəhbərliyi ilə Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri çıxış edib.
   Bəstəkarların əsərləri xalq artistləri Fidan Hacıyeva, Samir Cəfərov, Əməkdar artist Bəyimxanım Vəliyeva, Azərbaycan Televiziyası və Radiosunun solistləri Səbinə Ərəbli, Mirələm Mirələmov, Kamilə Nəbiyeva və Aynur İsgəndərli tərəfindən ifa olunub.