Lənkəran teatrında yeni tamaşa hazırlanır
   
   Lənkəran Dövlət Dram Teatrında Rövşən Ağayevin “Bir gecənin nağılı” komediyasının məşqlərinə başlanılıb. İki gəncin maraqlı tanışlığından və taleyindən bəhs edən bu səhnə əsərinin quruluşçu rejissoru Əməkdar artist Adil Zeynalov, quruluşçu rəssamı Tərlan Sadıqov, musiqi tərtibatçısı Fərahim Fərəcovdur. 
   Rolları Səyad Əliyev, Tərlan Abdullayev, Şəbnəm Hüseynova və Günel Abbaszadə ifa edəcəklər.
   Tamaşanın martın sonlarında sənətsevərlərin ixtiyarına veriləcəyi nəzərdə tutulub.