Viza rejiminin sadələşdirilməsi səyahət imkanlarını artırıb
   
   "FlyDubai" aviaşirkəti Dubay-Qəbələ birbaşa reysi üzrə mövsümi uçuşlar yerinə yetirməyə hazırlaşır. Aviareyslər bu il iyunun 22-dən sentyabrın 17-dək yerinə yetiriləcək. Aviareyslər həftədə 2 dəfə (cümə axşamı və şənbə) həyata keçiriləcək.
   "Biz viza rejimini sadələşdirdiyi üçün Azərbaycan hökumətinə minnətdarlığımızı bildiririk. Bunun hesabına ölkələrimiz arasında səyahət daha əlçatan olacaq", - deyə aviaşirkətin baş icraçı direktoru Qeyt əl-Qeyt bildirib.
   Şirkətin Yaxın Şərq, MDB və Avropada kommersiya əməliyyatları üzrə vitse-prezidenti Ceyhun Əfəndi isə bildirib ki, Dubay-Qəbələ aviareysinə tələbatın yüksək olması gözlənilir.