Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) elmi nəşri olan “Turizm və qonaqpərvərlik tədqiqatları” beynəlxalq jurnalının növbəti sayı çapdan çıxıb. Jurnalın bu nömrəsində yerli və xarici alimlərin tədqiqat nəticələrini əks etdirən 22 məqalə yer alıb.
   Məqalələrdə turizm siyasətinin ölkə iqtisadiyyatına təsiri, mədəni-tarixi abidələrdən turizmdə istifadə təcrübəsi, turizm sahəsində ölkələrarası əməkdaşlığın rolu, ali təhsil müəssisələrinin idarəedilməsi və bu idarəetmədə marketinq strategiyalarının əhəmiyyəti geniş şəkildə təhlil olunub.