Bu ilin 28-29 sentyabr tarixində Bakıda AMEA Milli Azərbaycan Tarixi Muzeyi və Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin birgə təşkilatçılığı ilə “Şirvanın tarixinə yeni baxış: faktlar, mülahizələr” adlı beynəlxalq elmi-praktik konfrans keçiriləcək.
   Konfransın təşkilində əsas məqsəd minillik tarixə malik, Azərbaycan dövlətçiliyi tarixində mühüm yer tutan Şirvanşahlar dövlətinin siyasi, iqtisadi, mədəni keçmişinə bir daha diqqəti çəkməkdir.
   Konfrans tarix, mədəniyyət, memarlıq, arxeologiya, etnoqrafiya, numizmatika, epiqrafika, ədəbiyyat, folklor, sənət tarixi, bərpa işləri, turizm və media, mədəni irsin qorunmasında muzey və qoruqların rolu kimi mövzuları əhatə edəcək.
   Konfransda iştirak etmək istəyənlər məqalələrini 1 iyun 2017-ci il tarixədək v.quliyeva@mail.ru, nargiz.aliyeva.52@mail.ru elektron ünvanına təqdim etməlidirlər. 
   
   Fariz Hüseynov