Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) “Professorlar klubu”nda Xalq yazıçısı Çingiz Abdullayev, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti, professor Fərhad Bədəlbəyli, Azərbaycan Milli Konservatoriyasının rektoru, Xalq artisti, professor Siyavuş Kərimi ilə görüş keçirilib.
   Görüşdə ali məktəbin rektoru, professor Ədalət Muradov universitetin fəaliyyəti, təhsildə qazanılan uğurlar, reallaşdırılan layihələr barədə məlumat verib. Universitetlə yaxından tanışlıqdan məmnunluqlarını bildirən qonaqlar Azərbaycan mədəniyyəti, ədəbiyyatı və incəsənətindən danışıb, bu sahələrdə baş verən yeniliklər barədə fikirlərini bölüşüblər.
   Sonra UNEC ilə Bakı Musiqi Akademiyası və Azərbaycan Milli Konservatoriyası arasında əməkdaşlığın genişləndirilməsinə dair müzakirələr aparılıb.