Türk xalqlarının ortaq ədəbi irsi olan Molla Nəsrəddin lətifələri Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə ilk dəfə ingilis dilində toplu halında oxucuların ixtiyarına verilib. Toplunu ingilis dilinə uzun illər Azərbaycanda yaşamış kanadalı tərcüməçi Allen Hossini çevirib.
   Tanınmış rəssam Vüqar Əlinin məxsusi illüstrasiyalar çəkdiyi kitab “Efendi” nəşriyyat evi tərəfindən yüksək poliqrafik keyfiyyətlə çap olunub.
   Oxucular nazirliyin tabeçiliyindəki kütləvi kitabxanalarda “Molla Nasraddin Anecdotes” kitabı ilə tanış ola bilərlər. Kitab Mədəniyyət və Turizm Nazirliyinin iştirak etdiyi beynəlxalq kitab sərgilərində xarici oxuculara təqdim olunacaq.