Dilçilik İnstitutunun əməkdaşları İsmayıllı rayonuna gediblər
   
   AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Monitorinq şöbəsinin əməkdaşları “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nda nəzərdə tutulmuş vəzifələrin həyata keçirilməsi çərçivəsində növbəti monitorinqlərin aparılması məqsədilə fevralın 13-də İsmayıllı rayonuna ezamiyyətə yollanıblar. 
   “Regionlarda dil situasiyası” silsiləsindən keçirilən növbəti monitorinq İsmayıllı rayonu ərazisində küçə adları, reklam, afişa və elanlarda ədəbi dilin düzgün istifadəsi, tətbiqi ilə bağlı meydana çıxan problemlərin həlli yönündə tövsiyə və tədbirlərin həyata keçirilməsi məqsədi daşıyır. 
   İnstitutun monitorinq şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Sevinc Əliyevanın rəhbərliyi ilə İsmayıllıya ezam olunmuş işçi qrupunu rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov qəbul edib. İşçi qrupu rayon ərazisində monitorinqlərinin on gün davam etməsi nəzərdə tutulur.
   
   S.Qaliboğlu