“Barselonadakı Azərbaycanlılar Cəmiyyəti”nin təşəbbüsü və ölkəmizin İspaniyadakı səfirliyinin dəstəyi ilə Barselona şəhərində “Azərbaycan evi”nin açılış mərasimi olub.
   Tədbirdə İspaniyanın Kataloniya bölgəsində yaşayan azərbaycanlılar, təhsil alan tələbələr iştirak ediblər.
   “Barselonadakı Azərbaycanlılar Cəmiyyəti”nin sədri Kərim Kərimov İspaniyada ilk dəfə “Azərbaycan evi”nin fəaliyyətə başlamasının mühüm hadisə olduğunu qeyd edib və bu məkanın Kataloniyada yaşayan azərbaycanlıların bir araya gətirilməsinə, milli dəyərlərimizin və tarixi reallıqlarımızın təbliğatına böyük töhfə verəcəyini, Barselona şəhərinin multikultural həyatında özünəməxsus yer tutacağını vurğulayıb.
   “Azərbaycan evi” üçün yer Barselona Vəkillər Kollegiyasının üzvü, “Medina & Associates” şirkətinin rəhbəri Xavier Medina Ortiz tərəfindən təmənnasız olaraq ayrılıb.