Fevralın 23-də Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyinin təşkilatçılığı ilə Azərbaycan Dövlət Dəniz Akademiyasında “Natiq Qasımov” adlı sənədli film nümayiş olunacaq. 
   2016-cı ildə “Azərbaycanfilm”də istehsal olunan sənədli filmin ssenari müəllifi və rejissoru Elçin Musa, operatoru Rauf Qurbanəliyev, prodüseri Müşfiq Hətəmovdur.
   Natiq Səlim oğlu Qasımov 1971-ci ildə Gədəbəy rayonunun Kiçik Qaramuradlı kəndində anadan olub. “Qarabağ şahinləri” batalyonunun tərkibində Ağdam-Xankəndi istiqamətində döyüşlərdə igidlik göstərib. Natiq son döyüşündə əsir və girov düşmüş Xocalı sakinlərini qorumaq üçün özünü qurban verib.