Şuşa Dövlət Musiqili Dram Teatrının yaradıcı heyəti Xocalı soyqırımının 25-ci ildönümü ilə əlaqədar “Xocalım, ay Xocalım...” adlı ədəbi-bədii kompozisiya üzərində işləyir. 
   Kompozisiyanın quruluşçu rejissoru Lalə Şirinova, quruluşçu rəssamı Valeh Məmmədov, musiqi tərtibatçısı Ağasəlim Feyzullayevdir. Səhnə əsərinin hazırlanmasında bəstəkarlar Qara Qarayev, Hacı Xanməmmədov, Polad Bülbüloğlu, Faiq Sücəddinovun musiqilərindən, tanınmış şairlərin şeirlərindən istifadə olunub. Ədəbi-bədii kompozisiyada Əməkdar artist Şükufə Musayeva, Teymur Məmmədov, Mətanət Eres, Nazir Rüstəmov, Vüsalə Məmmədzadə, Məmməd Məmmədov, Ruhiyyə Həsənova, Rasəf Mehdiyev iştirak edir.