İspaniyanın Alikante vilayətinin turizm üzrə şurasının nümayəndələri Bakı və Almatı şəhərlərinə səfər ediblər. Bu ölkənin diarioinformacion.com portalında dərc olunan məqalədə qeyd edilir ki, səfərdə məqsəd Azərbaycandan və Qazaxıstandan turistlərin cəlb olunması istiqamətində iş aparmaq olub.
   Alikante vilayətinin nümayəndələri Bakıda bir sıra işgüzar görüşlər keçiriblər. Şuranın vitse-prezidenti Eduardo Dolon deyib ki, Azərbaycan və Qazaxıstan inkişaf etməkdə olan ölkələrdir. Bu ölkələrin əhalisinin xaricə turistik səfərlərə marağı artmaqdadır.