Fevralın 25-də Xocalı soyqırımının 25-ci ildönümü ilə əlaqədar olaraq Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbində tədbir keçiriləcək. Tədbirdə Xocalı faciəsi haqqında ətraflı məlumat veriləcək, bədii-musiqili kompozisiya təqdim ediləcək. Bədii hissədə Qara Qarayevin 24-cü prelüdü, Hacı Xanməmmədovun kamança üçün konserti (II hissə), Xəlil Rza Ulutürkün “Sizi qınamıram” poemasından parça, xorun ifasında L.Kanşteynin “Azərbaycan, sənin yazın gələr” əsəri səslənəcək. 
   Məktəbin foyesində şagirdlərin Xocalı soyqırımına həsr etdikləri rəsm əsərlərindən ibarət sərgi təşkil olunacaq.