Heydər Əliyev Sarayında Xocalı soyqırımının 25-ci ildönümü ilə əlaqədar anım tədbiri keçirilib. Öncə Xocalı soyqırımına aid faktları və reallıqları əks etdirən kitablara və foto guşəyə baxış keçirilib. Tədbir tamaşaçı zalında davam edib. 
   Sarayın direktoru Əməkdar mədəniyyət işçisi Fərhad Babayev çıxış edərək, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü və Xocalı soyqırımının təfərrüatlarından bəhs edib. Sonda Heydər Əliyev Fondu tərəfindən xarici auditoriya üçün hazırlanan “Xocalıya ədalət” sənədli filmi nümayiş etdirilib.