Tanınmış violonçelçalan, beynəlxalq mükafatlar laureatı Camal Əliyev mart ayında İngiltərədə konsert proqramları ilə çıxış edəcək.
   İstedadlı musiqiçi martın 1-də Londonda Kral Musiqi Kollecində “Open Day” konsertində səhnəyə çıxacaq. Martın 4-də ifaçı Mançesterdə, martın 22-də Londonda “James’ Piccadilly” kilsəsində, martın 25-də isə Londonda “St Michael & All Angels” kilsəsində konsert verəcək.
   Camal Əliyev Türkiyə, Böyük Britaniya, Fransa, İsveçrə, Çin və başqa ölkələrdə bir sıra beynəlxalq festivallarda iştirak edib, solo konsertlər verib. O, Azərbaycan musiqi ifaçılığı tarixində ilk dəfə BBC radiosunda orkestrin müşayiəti ilə solo çıxış edib.