Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında şəhid Bayram Məmmədova həsr olunmuş “Bayramsız Laçın, Laçınsız Bayram” kitabının təqdimatı keçirilib. Qeyd olunub ki, nəşr yazıçı-publisist Rauf İlyasoğlunun 2008-ci ildə çap olunmuş “Heyf səndən, ay Laçın” kitabının davamı olaraq yenidən işlənilib və əlavə məlumatlar da daxil edilməklə oxuculara təqdim edilir.
   Kitab Vətənimizin müdafiəsi, azadlığı, ərazi bütövlüyü uğrunda vuruşaraq şəhid olmuş Bayram Məmmədovun qısa, lakin şərəfli döyüş yolundan bəhs edir. Kitaba şəhidin atası Məhəmməd Mürsəloğlunun xatirələri, eləcə də igid qəhrəman haqqında “Həkəri” qəzetində dərc olunmuş məqalə və şeirlər, döyüş dostlarının və doğmalarının xatirələri daxil edilib.
   Qeyd olunub ki, şəhidin adını daşıyan Laçın rayonu Minkənd kənd orta məktəbində də kitabın təqdimatı keçirilib. Şəhidin atası tədbirdə iştirak edənlərə təşəkkürünü bildirib.