Yaponiyada ninza ənənələri ilə tanınan Ayçi prefekturasının iki bələdiyyəsinin təşəbbüsü ilə qeyd edilən “Ninza günü” ölkəyə daha çox əcnəbi turistin cəlb edilməsinə təkan verəcək. Bu gün 2015-ci ildən qeyd edilir. 
   Yaponiya Turizm Nazirliyi fevralın 22-də ninza mədəniyyətini özündə əks etdirən xüsusi layihəyə start verib.
   Bayram kimi məhz həmin günün seçilməsi isə yapon dilində iki rəqəminin “nin” kimi səslənməsi və həmin sözün ninza kəlməsinin kökündə dayanması ilə əlaqələndirilir.
   Layihə Ninza Akademiyasının və muzeyinin yaradılmasını, orta əsr Yaponiyasında məşhur olan bu döyüşçülərlə bağlı məlumat əldə etmək üçün regionlara turların təşkilini nəzərdə tutur.