Uşaqlar arasında rəsm yarışması 
   
   Mədəniyyət və Turizm Nazirliyi, Dövlət Rəsm Qalereyası, Xətai Rayon İcra Hakimiyyəti və Xətai Sənət Mərkəzinin birgə təşkilatçılığı ilə respublika uşaq rəsm müsabiqəsi elan olunub. “Yurdumuza bahar gəlir” adlı rəsm müsabiqəsinə 15 yaşadək olan uşaqlar qatıla bilər. Müsabiqəyə təqdim olunan sənət əsərlərinin son qeydiyyat tarixi martın 10-da bitəcək.
   Sonda qaliblər mükafatlandırılacaq və Bakı Xətai Sənət Mərkəzində seçilmiş əsərlərdən ibarət sərgi açılacaq.