Lənkəran Dövlət Dram Teatrının yaradıcı kollektivi “Xocalı harayı” adlı ədəbi-bədii kompozisiya ilə hərbiçilərimiz qarşısında çıxış edib. 
   Böyük maraqla izlənilən kompozisiyada istifadə olunan şeirləri Xalq artisti Qabil Quliyev, Əməkdar artist Sucəddin Mirzəyev, aktyorlar Miraslan Ağayev, Sayad Əliyev, aktrisalar Şəbnəm Hüseynova, Günel Abbaszadə və digərləri səsləndiriblər. Kompozisiyanın ssenari müəllifi və rejissoru Xalq artisti Qabil Quliyev, musiqi tərtibatçısı Fərahim Fərəcov, işıq üzrə rəssamı İlham Bayramovdur.