Fevralın 26-da Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında Bakı Uşaq Teatrının nəzdində fəaliyyət göstərən “Günay” teatr studiyasının ifasında şairə-publisist Zərəngiz Dəmirçi Qayalının “Cavab ver” poeması əsasında səhnələşdirilmiş “Xocalı” tamaşası nümayiş olunub.
   Tədbirdə Milli Məclisin mətbuat xidmətinin böyük məsləhətçisi Qərənfil Mansurova, Bakı Yunus Əmrə İnstitutunun rəhbəri İbrahim Yıldırım, əslən Təbrizdən olan ədəbiyyatşünas-tərcüməçi Məsumə Şükürzadə və başqaları çıxış edərək ermənilərin türklərə qarşı zaman-zaman soyqırımı törətdiklərini və məhz türklərin özlərini soyqırımı aktları həyata keçirməkdə günahlandırdıqlarını bildiriblər.
   Sonra “Xocalı” tamaşası təqdim olunub. Tamaşanın rejissoru Larisa Tarusova, xoreoqrafı Günəş Talıblıdır.