Xocalı soyqırımının 25-ci ildönümü ilə əlaqədar bölgələrdə anım tədbirləri
   
   Qəbələ rayon Mədəniyyət mərkəzində təşkil olunan tədbirdə "Xocalı uşaqların gözü ilə" mövzusunda rəsm sərgisinə baxış olub. Tədbiri İsmayıllı Regional Mədəniyyət və Turizm İdarəsinin baş məsləhətçisi Nargilə Qafarova açaraq ermənilərin tarixən xalqımıza qarşı həyata keçirdiyi etnik təmizləmə, soyqırımı siyasətindən söz açıb. Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev Xocalı soyqırımının ağır nəticələri haqqında məlumat verib. Sonda ədəbi-bədii kompozisiya təqdim edilib.
   * * *
   Qax Rayon Dövlət Rəsm Qalereyasında açılan “Xocalı - alın yazım, qan yaddaşım” adlı sərgidə rayon şagirdlərinin əl işləri təqdim olunub. Qalereyanın direktoru S.Əfəndiyeva sərgi haqqında iştirakçılara ətraflı məlumat verib. Nazlı Nadirova, Sərxan İsaqov, Şahin Şahmalıyev, Elvin Mirzəyev, Gülay Mustafayeva və başqalarının əl işləri tamaşaçıların daha çox marağına səbəb olub.
   * * *
   Qusar rayon Mərkəzi kitabxanasının oxu zalında “Qanla yazılan tarix” mövzusunda anım tədbirində kitabxana işçiləri, fəal oxucular, Qusar Peşə liseyinin müəllim və şagirdləri iştirak ediblər. Uşaq şöbəsinin müdiri S.Bağıyeva, MKS-nin direktoru Z.Mustafayev və başqaları çıxış edərək əsrin faciəsi haqqında məlumat veriblər. Milli Qəhrəman Çingiz Qurbanovun və Xocalı qurbanlarının xatirəsinə həsr olunmuş video-görüntülər göstərilib, bədii kompozisiya təqdim edilib.
   * * *
   B.Səfəroğlu adına Quba Mədəniyyət mərkəzində “Xocalı məktəblilərin gözü ilə” adlı sərgiyə və sənədli filmə baxış olub. Tədbir Mədəniyyət mərkəzinin özfəaliyyət kollektivi, Quba şəhər 2 və 4 saylı məktəb-liseylərinin şagirdləri və “N” saylı hərbi hissənin əsgərlərinin iştirakı ilə “Biz Xocalıya qayıdacağıq!” adlı ədəbi-bədii kompozisiya ilə davam etdirilib.
   Rayon Mərkəzi kitabxanasının oxu zalında keçirilən “Xocalı faciəsi insanlığa qarşı törədilmiş ən qanlı cinayətdir” adlı tədbirdə MKS-nin direktoru Saməddin Nəsirov və digər çıxış edənlər bu faciənin Azərbaycan xalqının yaddaşına əbədi yazıldığını söyləyiblər. Qırmızı qəsəbə 1 saylı və Tələt Mikayılov adına şəhər 5 saylı orta məktəblərin şagirdləri kompozisiya ilə çıxış ediblər.
   * * *
   Bərdə şəhər 1 nömrəli Uşaq incəsənət məktəbində Bərdə Regional Mədəniyyət və Turizm İdarəsi və Turizm İnformasiya Mərkəzinin təşkilatçılığı ilə “Qar üstünə qan yağır” mövzusunda tədbir təşkil olunub. Xocalı soyqırımının acılarını özündə əks etdirən sərgi ilə tanışlıqdan sonra mərkəzin direktoru Hikmət Heydərov, regional idarənin məsləhətçisi Ceyhun İsmayılzadə faciənin acılarından ətraflı söz açıblar. Sonra “Xocalı fəryadı” adlı musiqili kompozisiya və “Dolu” filmi nümayiş olunub.
   * * *
   Oğuz rayon Mərkəzi kitabxanasının Uşaq şöbəsinin təşkilatçılığı ilə “25 il əsir yurdum” adlı ədəbi-bədii kompozisiya təqdim olunub. Uşaq şöbəsinin müdiri K.Cəfərova, baş biblioqraf T.İsayeva, Şəki Regional Mədəniyyət və Turizm İdarəsinin Oğuz rayonu üzrə baş məsləhətçisi U.Baxışov erməni faşistlərinin Xocalıda törətdiyi qanlı əməllərdən danışıblar. Şagirdlərin hazırladığı ədəbi-bədii kompozisiya dinlənilib. 
   * * *
   Xaçmaz rayon Mərkəzi kitabxanasında keçirilən “25 il Xocalısız” adlı tədbirdə kitabxananın əməkdaşı Ülviyyə Dadaşova, Gənclər kitabxanasının müdiri Xanım Arzumanova çıxış edib. Şagirdlər Xocalıya həsr edilmiş şeirlər söyləyiblər, sənədli film nümayiş etdirilib. 
   Xaçmaz Heydər Əliyev Mərkəzinin Xudat şəhər filial-muzeyində təşkil olunan "Xocalını sən də tanı" adlı tədbirdə muzeyin direktoru K.Ramazanova, Susay kənd məktəbinin tarix müəllimi Amin Rəhimov qanlı tarixi yada salıblar. Xudat şəhər Uşaq yaradıcılıq mərkəzinin şagirdləri faciəyə həsr edilmiş ədəbi-bədii kompozisiya ilə çıxış ediblər. 
   * * *
   Qazax rayon MKS-nin şəhər 2 saylı, Bala Cəfərli, Hüseynbəyli, Çaylı, Kəmərli, Alpoud, Xanlıqlar, Aslanbəyli, Daş Salahlı (2 saylı) kənd kitabxana filiallarında Xocalı soyqırımının 25-ci ildönümünə həsr olunmuş anım tədbirləri keçirilib, ədəbi kompozisiyalar nümayiş olunub.
   * * *
   Siyəzən Heydər Əliyev Mərkəzində “Xocalı - Azərbaycan tarixinin qanlı səhifəsidir” mövzulu tədbirdə mərkəzin direktoru Ramilə Seyidova, 6 saylı məktəb-liseyin tarix müəllimi Pərvin Ağasıyev və başqalarının çıxışları dinlənilib. 2 saylı tam orta məktəbin şagirdlərinin, 9 saylı uşaq bağçası fidanlarının ifasında Xocalıya həsr olunmuş kompozisiya təqdim edilib.
   Rayon Mərkəzi kitabxanasında keçirilən dəyirmi masada faciənin səbəb və nəticələrindən danışılıb.
   * * *
   Cəlilabad rayon MKS-də keçirilən anım tədbirində direktor Elçin Hüseynov, Masallı Regional Mədəniyyət və Turizm İdarəsinin Cəlilabad rayonu üzrə nümayəndəsi Rəşad Salmanov, rayon İcra Hakimiyyətinin məsul işçisi Varid Əsgərov və başqaları çıxış ediblər. 2 və 8 nömrəli orta məktəblərin şagirdləri rayon Uşaq incəsənət məktəbi ilə birlikdə “Xocalı harayı” adlı ədəbi-bədii kompozisiya nümayiş etdiriblər.
   * * *
   Astara Rayon Tarix-Diyarşünaslıq Muzeyində, Uşaq musiqi məktəbində, Rəsm qalereyasında anım tədbirləri, sərgilər təşkil olunub. Mədəniyyət mərkəzində “Xocalı soyqırımı XX əsrin faciəsidir” mövzusunda ədəbi-bədii kompozisiya, sənədli film nümayiş etdirilib. Kakalos kənd Folklor evində Şəhriyar adına Xalq teatrı Fatma Həsənqızının “İnad" pyesinin motivləri əsasında ədəbi-bədii kompozisiya təqdim edib.
   * * *
   Sumqayıt Regional Mədəniyyət və Turizm İdarəsinin tabeliyində olan Qubadlı rayon Mərkəzi kitabxanasında Xocalı faciəsinin 25-ci ildönümü ilə əlaqədar anım mərasimi keçirilib. MKS-nin direktoru Müşgünaz Muradova, oxu zalının müdiri Sevda Əliyeva, kitabxanaçı Nigar Aslanova Xocalı sakinlərinin başına gətirilən müsibətlərdən danışıblar.
   * * *
   Kürdəmir Regional Mədəniyyət və Turizm İdarəsinin tabeliyindəki Füzuli rayon Aşağı Yağlıvənd kənd Uşaq musiqi məktəbində “Xocalı XX əsrin qan yaddaşıdır” adlı tədbir keçirilib. Həmçinin Mahmudlu 1 kənd Uşaq musiqi məktəbinin ərsəyə gətirdiyi “Xocalı harayı”, Horadiz şəhər Uşaq musiqi məktəbinin “Xocalıya hay verin” adlı ədəbi-bədii kompozisiyaları maraqla qarşılanıb. 
   * * *
   Ağdaş rayon Mədəniyyət mərkəzində keçirilən tədbirdə 13 saylı kitabxananın müdiri Hicran Abdurahmanova, MKS-nin direktoru Seyfəddin Feyzullayev, Ağdaş Regional Mədəniyyət və Turizm İdarəsinin məsləhətçisi İlqar Vəliyev Xocalı faciəsi haqqında danışıblar. Məktəblilərin ifasında Xocalıya həsr olunmuş şeirlərdən ibarət ədəbi kompozisiya təqdim olunub. 
   * * *
   Şamaxı rayon Mədəniyyət mərkəzində və şəhər İncəsənət Təhsili Mərkəzində keçirilən anım tədbirlərində faciə haqqında məlumat verilib. Xocalı soyqırımına həsr olunmuş sənədli film və ədəbi-bədii kompozisiyalar nümayiş etdirilib.
   * * *
   Masallı şəhərindəki Qəhrəmanlar parkında Xocalı soyqırımının 25-ci ildönümü ilə əlaqədar ümumrayon anım tədbiri keçirilib. Əbədi məşəl önünə tər çiçəklər qoyulub. Masallı Xalq teatrının Dövlət Regional Kollecinin tələbələri ilə birgə hazırladığı “Bir ovuc kül” adlı tamaşadan səhnə təqdim edilib. 
   * * *
   Salyan rayon Ə.Quliyev adına Mədəniyyət mərkəzində təşkil olunan anım mərasimində Xocalı faciəsinə həsr olunan sənədli film nümayiş etdirilib. Tədbirdə İcra Hakimiyyəti başçısının müavini R.Cəbrayılov, ziyalılar, mədəniyyət işçiləri iştirak ediblər. Şagirdlərin ifasında ədəbi kompozisiya təqdim olunub, həvəskar rəssamların əsərlərindən ibarət sərgi nümayiş etdirilib.
   * * *
   Sabirabad rayon M.Ə.Sabir adına Mərkəzi kitabxanada keçirilən tədbirdə Sabirabad Regional Mədəniyyət və Turizm İdarəsinin rəisi Ə.Ramazanov, MKS-nin direktoru Eldar Urufov, Mədəniyyət mərkəzinin direktoru M.Ağayev, Tarix- diyarşünaslıq muzeyinin direktoru Ş.Əsgərova, Uşaq musiqi məktəbinin direktoru C.Xəlilov çıxış ediblər. Tədbirdə “Xoca” filmi nümayiş olunub, “XX əsrin qan yaddaşı” adlı sərgiyə baxış keçirilib.
   * * *
   Ağstafa rayon MKS-də “Xocalı - şəhid şəhərim” adı altında tədbirin iştirakçıları əvvəlcə foyedə təşkil edilmiş sərgiyə baxıblar. Mərkəzi kitabxananın oxucularının ifasında “Dünyanın Xocalı dərdi” adlı kompozisiya nümayiş etdirilib.
   * * *
   Şirvan şəhər Mərkəzi kitabxanasında “Qanla yazılan tarix” adlı ədəbi-bədii gecə keçirilib. MKS-nin direktoru İltifat Nəbiyev və digər çıxış edənlər qeyd ediblər ki, Xocalı faciəsi XX əsr tarixinin ən dəhşətli səhifələrindən biridir. 21 saylı məktəbin şagirdləri “Xocalı” adlı kompozisiya təqdim ediblər.
   * * *
   Şəki şəhər İ.Nakam adına Mərkəzi kitabxanada “25 il əsarətdə qalan Xocalı” adlı tədbirdə MKS-nin bölmə müdiri Dilbər Yaqubova çıxış edib. Fəal oxucular Xocalıya həsr edilmiş şeirlər söyləyiblər. “Yaddaş” studiyasında hazırlanmış “Mən Xocalını tərk etməyəcəm!” və “Qəhrəmanlığa aparan yol” sənədli filmləri nümayiş etdirilib.
   * * *
   Ağcabədi Regional Mədəniyyət və Turizm İdarəsi və rayon Gənclər və İdman idarəsinin birgə təşkilatçılığı ilə Ağcabədi Pedaqoji Kollecində anım tədbiri təşkil edilib. “Bu dağların qoynunda yaşıl bir kənd vardı” adlı ədəbi-bədii kompozisiya nümayiş olunub.