Fevralın 22-də Londonda “Brit Awards” musiqi mükafatının təqdimatı keçirilib. “Brit Awards” - Böyük Britaniyanın pop-musiqi sahəsində nüfuzlu musiqi mükafatlarından biri hesab edilir və “Qremmi” mükafatının analoqu sayılır. Bu mükafat ilk dəfə 1977-ci ildə təqdim olunub.
   Budəfəki mərasimdə yanvar ayında vəfat etmiş britaniyalı musiqiçi Devid Boui “Brit Awards” musiqi mükafatının iki nominasiyasında ("Ən yaxşı britaniyalı ifaçı" və "İlin ən yaxşı albomu" - «Blackstar») mükafata layiq görülüb. 
   “The 1975” qrupu "İlin ən yaxşı qrupu", Emeli Sande isə “İlin ən yaxşı britaniyalı müğənnisi” nominasiyalarında fərqlənib.
   Gözlənildiyi kimi, “Qlobal uğur” nominasiyasında mükafata Adel layiq görülüb. 
   Amerikalı müğənni Beyonce və kanadalı reper Drake “Ən yaxşı beynəlxalq ifaçı” kimi “Brit Awards” qazanıblar.

   İlona