Martın 7-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Pyotr Çaykovskinin “Qu gölü” baletinin tamaşası keçiriləcək. Teatr ənənəsinə sadiq qalaraq bu dəfə də "Qu gölü"nün növbəti tamaşasını 8 Mart - Beynəlxalq Qadınlar Gününə həsr edib.
   Balet həvəskarları tamaşada əsas rollarda Belarusun məşhur ulduzlarını - balet artistlərinin beynəlxalq müsabiqələrinin laureatı Yana Ştangeyi (Odetta-Odilliya) və Xalq artisti, beynəlxalq müsabiqələr laureatı İqor Artamonovu (Şahzadə Ziqfrid) görə biləcəklər. Hər iki sənətçi bir çox ölkələrdə - Böyük Britaniya, Fransa, İtaliya, Almaniya, İspaniya, Meksika, Cənubi Koreya, Misir və s. uğurlu qastrol səfərlərində olub.
   Tamaşanın dirijoru Azərbaycanın Xalq artisti, professor Cavanşir Cəfərovdur.