Martın 2-də Azərbaycan Memarlıq və İnşaat Universitetində “İtalyansayağı dizayn günü” çərçivəsində “Made in Italy” adlı master-klass təşkil edilib. Tədbirdə italyan memarlıq və dizayn sahəsinin sirləri ilə bağlı məlumat verilib.
   Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova “İtalyansayağı dizayn günü”nün ilk dəfə olaraq ölkəmizdə, məhz AzMİU-da keçirilməsini müsbət dəyərləndirib. İtalyan dizaynının dünya şöhrəti qazandığı, bu ölkədə gözəl mədəniyyət abidələrinin yaradıldığı vurğulanıb.
   İtaliyanın Azərbaycandakı səfiri Campaolo Kutillo bildirib ki, master-klassın keçiriləcəyi şəhərlər arasında Bakı, Barselona, Berlin, Çikaqo, Dubay, London, Meksika, Mayami, Milan, Moskva, Nyu-York, Paris, Pekin, Seul, Şanxay, Tehran, Təl-Əviv, Tokio, Toronto və s. şəhərlər də var.
   İtaliyanın tarixi abidələrlə zəngin olduğunu deyən memar Luca Molinari ölkəsinin bu sahədə böyük nailiyyətlər əldə etdiyini diqqətə çatdırıb.
   Sonra italiyalı memar Luca Molinari tədbir iştirakçılarına master-klass nümayiş etdirib. Həmçinin İtaliyanın dövlət televiziyası RAI1 tərəfindən master-klassa həsr olunan video göstərilib.
   Tədbirdə İtaliya Müəssisələrinin Təşviqi və Beynəlmiləlləşdirilməsi Təşkilatının (ICE) Bakı ofisinin direktoru Luigi D’Aprea və Azərbaycan Memarlar İttifaqının sədri Elbay Qasımzadə iştirak ediblər.