Primatlar dəstəsinin nəhəng nümayəndəsi Kinq-Konq haqqında çəkilmiş yeni film ekranlara çıxır. Filmdə Sakit okeandakı naməlum adaya düşən alimlərin başına gələnlərdən bəhs olunur.
   Euronews telekanalı xəbər verir ki, premyerası bir neçə gün əvvəl Londonda keçirilən ekran əsərinin büdcəsi 200 milyon dollar təşkil edib. “Böyük büdcə həm də böyük məsuliyyət deməkdir. Bu, bir çoxlarının təsəvvür etdiyindən də çox iş tələb edir. Biz hədsiz dərəcədə və çox gərgin işləmişik”, - deyə filmin quruluşçu rejissoru Cordan Vot-Roberts bildirib.
   Xatırladaq ki, çoxlarımıza yaxşı tanış olan Kinq-Konq obrazının yaşı 80-ni ötüb. O, ilk dəfə ekrana 1930-cu illərin əvvəllərində çıxıb.