Martın 7-də Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında Müdafiə Nazirliyinin Əlahiddə Nümunəvi Orkestrinin estrada heyəti 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə konsert proqramı ilə çıxış edib.
   Heyət Əməkdar incəsənət xadimi, mayor Rüfət Axundzadənin bədii rəhbərliyi ilə Azərbaycan və dünya bəstəkarlarının əsərlərini səsləndirib. Konsertdə “Azərbaycanım”, “Sizə salam gətirmişəm”, “Mehribanım”, “Can Qarabağ” və digər mahnılar, “Gypsy Kings” repertuarından “Bamboleo”, “Shakatak” repertuarından “Invitations” və başqa əsərlər təqdim olunub.
   Konsert proqramı maraqla qarşılanıb.
   Sonra Əlahiddə Nümunəvi Orkestrin baş dirijoru, general-mayor Yusif Axundzadə çıxış edərək xanımlara təbriklərini çatdırıb.