Martın 25-də Heydər Əliyev Sarayında saz-söz sənətimizin görkəmli nümayəndəsi Dədə Şəmşirin xatirəsinə həsr olunmuş konsert proqramı təqdim ediləcək.
   Sarayın mətbuat xidmətindən bildirilib ki, konsertdə Ədalət Dəlidağlı, Solmaz Kosayeva, Qələndər Zeynalov, Telli Borçalı, Gözəl Kəlbəcərli, Əhliman Şirvanlı, Zülfiyyə İbadova, Fəzail Miskinli, Samirə Əliyeva, İlham Aslanbəyli, Familə Göyçəli, Əli Tapdıqoğlu, Kəmalə Qubadlı, Təbriz Vəliyev, Nemət Qasımlı və başqaları çıxış edəcəklər.