Martın 4-də Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin müəllim və şagird heyətinin təqdimatında Şamaxı şəhər İncəsənət Təhsili Mərkəzində görkəmli bəstəkar, Əməkdar incəsənət xadimi, professor Zakir Bağırovun 100 illik yubileyi münasibətilə xatirə gecəsi keçirilib.
   Tədbirdə Zakir Bağırovun ömrünün maraqlı səhifələri vərəqlənib, zəngin yaradıcılıq irsi musiqişünas Nərgiz Kərimova tərəfindən işıqlandırılıb və əsərlərindən ibarət musiqi çələngi məktəbin istedadlı şagirdlərinin ifasında səslənib. 
   Tədbirdə məktəb müəllimlərinin hazırladığı rəngarəng musiqi proqramı da maraqla qarşılanıb.
   Beynəlxalq müsabiqələr laureatı Cavid Yusifzadə, Səbinə Rzazadə, Mədinə Bağırova, Aydan Həsənova, Nərgiz Hüseynzadə, Leyla Haşımova, Nəzrin Cəfərzadə, Jalə Quliyeva, Ləman Əliməmmədova, Fizzə Vəlizadə, Fərhad Həsənova və Zərrin Əliyevanın ifasında bəstəkarın əsərləri səslənib.