Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin 33 nömrəli Uşaq musiqi məktəbində Mədəniyyətşünaslıq üzrə Elmi-Metodik Mərkəzin təşkilatçılığı ilə musiqişünas Zemfira İsmayılovanın ustad dərsi keçirilib. Ustad dərsində solfecio fənni və onun yeni üslublarından söhbət açılıb.
   Bildirilib ki, solfecio fənninin başlıca məqsədi tələbələrin musiqi duyumunun inkişafı və harmoniya fənninin praktiki məşğələləridir. Bu üslub ifaçılıq təcrübəsinə yardım edib, bir növ onun hazırlıq mərhələsini təşkil edir.
   Zemfira İsmayılova “Lad və onun elementləri haqqında” və “Azərbaycan ladları” mövzusunda metodiki məruzələrlə çıxış edib.
   Tədbirdə Z.İsmayılova musiqini, xüsusilə də Azərbaycan musiqisini sevməyi, ifa edilən əsərin bədii mahiyyətini dərk etməyi tövsiyə edib. Bu cür maarifləndirici tədbirlərin davamlı olmasını arzulayıb.