Görkəmli bəstəkar, Azərbaycanın Xalq artisti Cövdət Hacıyevin 100 illik yubileyi münasibətilə çapdan çıxmış “Fortepiano üçün seçilmiş əsərləri” kitabının birinci cildinin xülasəsi “Pianodao - The Way of Piano” portalında yerləşdirilib.
   Xülasədə bəstəkarın yaradıcılığı haqqında məlumat verilib, nəşrdə yer alan əsərlərin İngiltərə Kral Musiqi Məktəbi Şurasının (ABRSM) müəyyənləşdirdiyi dərəcələr üzrə hansı səviyyəli pianoçuya uyğunluğu göstərilib.
   Qeyd edək ki, “Pianodao” internet resursu pianoçuları və müəllimləri müvafiq sahə üzrə məlumatlandırır, təşviq edir, habelə məqalələri, xülasələri, müsahibələri dərc edir.