Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin yeni nəşri - dünya şöhrətli amerikalı yazıçı Stiven Kinqin “Seçilmiş əsərləri” işıq üzü görüb.
   Tərcümə Mərkəzindən bildirilib ki, roman və hekayələrdən ibarət kitab müəllifin zəngin yaradıcılığının ayrı-ayrı mərhələləri haqqında kifayət qədər təsəvvür yaradır. “Seçilmiş əsərləri” dilimizə Etimad Başkeçid tərcümə edib.
   1947-ci il təvəllüdlü Stiven Edvin Kinq müxtəlif janrlarda (triller, fantastika, mistika, qorxu romanları və s.) 50-dən çox romanın, 5 elmi-populyar kitabın müəllifidir. Yazıçının kitabları indiyədək 350 milyondan artıq tirajla satılıb.