Martın 4-də İçərişəhərdəki Müasir İncəsənət Mərkəzində gənc rəssam Zəhra Əlinin “Yeni nəfəs” adlı fərdi sərgisinin açılışı keçirilib. Sərginin açılışında Azərbaycan Rəssamlar İttifaqının katibi, Xalq rəssamı Ağəli İbrahimov, əməkdar rəssamlar Aydın Rəcəbov, Rafiq Kərimov və Nəvai Mətin çıxış edib, gənc rəssama sənət uğurları diləyiblər.
   Sərgidə rəssam 50-yə yaxın əsərini sənətsevərlərə təqdim edib. Onların çoxu vitrajlardır. Bundan başqa, sərgidə rəssamın müxtəlif texnikalarla işlədiyi əsərləri nümayiş olunub. 
   Zəhra Əli 1995-ci ildə Bakı şəhərində anadan olub. 2016-cı ildə Bakı Qida Sənayesi Kollecinin Dizayn fakültəsini fərqlənmə diplomu ilə bitirib. 
  
   S.Qaliboğlu