Martın 13-də Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrında İftixarın müəllifi olduğu “Qanlı qızıl toy” pyesi əsasında hazırlanmış eyniadlı tamaşanın premyerası keçiriləcək.
   Teatrdan bildirilib ki, Şuşa şəhərinin müdafiəsi uğrunda döyüşmüş qəhrəmanlarımıza həsr olunmuş tamaşa Xalq artisti Rafael Dadaşovun 70 illiyi münasibətilə hazırlanıb.
   Səhnə əsəri Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı ilə İrəvan teatrının birgə layihəsi əsasında ərsəyə gəlib.