Martın 10-da Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin təşkilatçılığı ilə Suraxanı rayon Heydər Əliyev Mərkəzində görkəmli yazıçı Fərman Kərimzadənin 80 illik yubileyinə həsr olunmuş tədbir keçiriləcək.
   Tədbirdə Xalq artisti Rasim Balayev, şair Musa Yaqub, Əməkdar artist, kinorejissor və aktyor Elxan Qasımov, Bakı Dövlət Universiteti filologiya fakültəsinin Azərbaycan ədəbiyyatı tarixi kafedrasının professoru Nizaməddin Şəmsizadə, Fərman Kərimzadənin qızı Yeganə Kərimzadə və digər qonaqlar iştirak edəcəklər.