Qazax rayon E.Hüseynov adına Mərkəzi kitabxananın Uşaq şöbəsi “Sənin nağıl dünyan” adlı “Açıq kitabxana” xidməti təşkil edib. Tədbirdə məqsəd uşaqları Azərbaycan folklor nümunələri ilə yaxından tanış etməkdir. 
   Xalq yazıçısı İsmayıl Şıxlı adına parkda keçirilən tədbirdə şəhər 4 saylı Uşaq bağçası-körpələr evinin fidanları, məktəblilər iştirak edib.