Azərbaycanlı opera müğənnisi Dinara Əliyevanın ikinci dəfə keçirilən “Opera Art” beynəlxalq musiqi festivalı çərçivəsində martın 16-da P.Çaykovski adına Moskva Dövlət Konservatoriyasının böyük zalında “Rus romansları” konsert proqramı təqdim ediləcək.
   Konsertdə rus bəstəkarlarının romanslarını festivalın bədii rəhbəri, Azərbaycanın Əməkdar artisti Dinara Əliyeva (soprano) ifa edəcək. Onu Rusiyanın Əməkdar artisti Lyubov Venjik (fortepiano) və beynəlxalq mükafatlar laureatı Pyotr Karetnikov (violonçel) müşayiət edəcək. Konsertdə P.Çaykovski, R.Qlier, N.Rimski-Korsakov və S.Raxmaninovun romansları səsləndiriləcək.
   “Opera Art” İkinci Beynəlxalq Musiqi Festivalı aprelin 13-də başa çatacaq.