Martın 15-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında növbəti dəfə Üzeyir Hacıbəylinin “Arşın mal alan” operası əsasında hazırlanmış tamaşa nümayiş olunacaq.
   Teatrdan bildirilib ki, bu dəfə səhnə əsərində Soltan bəy obrazını Xalq artisti İlham Namiq Kamal canlandıracaq.
   Tamaşada digər rollarda xalq artistləri Fidan Hacıyeva, Gülyaz Məmmədova, Əməkdar artistlər İnarə Babayeva, Fərid Əliyev, Gülüstan Əliyeva, Ələkbər Əliyev və aparıcı solist Tural Ağasıyev çıxış edəcək.
   Səhnə əsəri beynəlxalq müsabiqələr laureatı Əyyub Quliyev tərəfindən idarə olunacaq.