Bakıda Mehmet Akif Ərsoyun xatirəsi anılacaq
   
   Martın 15-də Bakıda türk dünyasının görkəmli şairi Mehmet Akif Ərsoyun xatirəsinə həsr olunmuş “İstiqlal və istiqbal şairi Mehmet Akif Ərsoy” adlı ədəbi-bədii gecə təşkil olunacaq.
   Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında gerçəkləşəcək tədbir Yunus Əmrə İnstitutunun təşkilatçılığı ilə keçiriləcək. Gecədə görkəmli şairin həyat və yaradıcılığından danışılacaq, türk ədəbiyyatının formalaşmasındakı xidmətləri vurğulanacaq, şeirləri səslənəcək.