Azərbaycanın Əməkdar artisti, cazmen Şahin Növrəsli iyunun 11-də San-Fransisko Caz Mərkəzində konsert proqramı ilə çıxış edəcək.
   Şahin Növrəsli Azərbaycan muğamının melodiyaları ilə ənənəvi caz ritmlərini sintez edərək öz musiqisində Şərq və Qərb mədəniyyətlərini birləşdirir. O, Keni Viler, Uday Mazumdar, Alison Miler, Neytn Pek, Aleks Pek və digər tanınmış musiqiçilərlə birlikdə çıxış edib, albomlar yazdırıb. Cazmenin “Emanation” adlı yeni albomu tezliklə sənətsevərlərə təqdim ediləcək.