Aprelin 5-də Heydər Əliyev Sarayında görkəmli bəstəkar, Xalq artisti Ramiz Mirişlinin bəstələdiyi mahnılardan ibarət konsert proqramı təşkil olunacaq.
   Konsertdə xalq artistləri Samir Cəfərov, Nazpəri Dostəliyeva, Bilal Əliyev, Gülyanaq, Gülyaz Məmmədovalar, Nəzakət Teymurova, əməkdar artistlər Emil Əfrasiyab, Zöhrə Abdullayeva, Mətanət İsgəndərli, Cavanşir Məmmədov, Firuzə İbadova, Gülüstan Əliyeva, Bəyimxanım Vəliyeva, Lalə Məmmədova, Könül Kərimova, Manana, müğənnilər Səbinə Ərəbli, Nadir Qafarzadə, Kamilə Nəbiyeva, Elton Hüseynəliyev, Sevda Yəhyayeva, Zabitə Alıyeva və “Sevil” qrupu iştirak edəcək.
   Gecədə bəstəkarın “Bir könül sındırmışam”, “Dalğalar”, “Sənsən”, “Səni tapdı”, “Oxu, bülbül”, “Səadət”, “Qızıl gülüm”, “Bir xumar baxışla”, “Yandım, elə yandım” və digər sevilən mahnıları ifa olunacaq.