Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında tədris ocağının eksperimental laboratoriyası - məktəb-studiyanın şagirdlərinin bayram konserti keçirilib. 
   Əvvəlcə məktəb-studiyanın aparıcı elmi işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Aytən İbrahimova çıxış edərək professor Tərlan Seyidovun rəhbərliyi ilə məktəb-studiyanın fəaliyyətindən söz açıb.
   Sonra məktəb-studiyada müxtəlif alətlər üzrə (fortepiano, violin, violonçel, fleyta, klarnet) təhsil alan konsertmeyster və ansambl siniflərinin şagirdləri Azərbaycan, xarici klassik və müasir bəstəkarların əsərlərini səsləndiriblər. Məktəb-studiyanın növbəti konserti alqışlarla qarşılanıb.