Layihə çərçivəsində ölkəmiz haqqında silsilə verilişlər yayımlanır
   
   Xəbər verdiyimiz kimi, 2017-ci ildə Azərbaycan ilə Kuba Respublikası arasında diplomatik əlaqələrin qurulmasının 25 ilinin tamam olması ilə əlaqədar Kubanın “Havana” televiziya kanalı tərəfindən “Odlar yurdu Azərbaycan” adlı silsilə verilişlər hazırlanıb. 
   Layihə çərçivəsində Novruz öncəsi çərşənbə axşamlarında Azərbaycanın bu əziz bayramı və xalqımızın qədim və zəngin mədəniyyətindən bəhs edən reportajlar təqdim edilir.
   Martın 7-də “Havana” kanalında nümayiş etdirilmiş növbəti telereportajda Yel çərşənbəsi haqda bəhs edilib, xalqımızın sülhsevərliyindən, Azərbaycanın nadir təbiət incilərindən, Novruz bayramına xas olan adətlərdən və milli mətbəximizin təamlarından danışılıb. Reportaj zamanı ölkəmizdə mövcud olan turizm imkanlarından bəhs edən görüntülər də nümayiş etdirilib.
   Layihə çərçivəsində Novruz bayramı və Azərbaycan xalqının mədəniyyəti haqqında reportajların izləyicilərə təqdim edilməsi nəzərdə tutulur.