Sumqayıt Regional Mədəniyyət və Turizm İdarəsinin Abşeron rayon Mərkəzi kitabxanasında şairə Şəfəq Sahiblinin “Bu sevgiyə ölüm gəldi” kitabının təqdimatı keçirilib.
   MKS-nin direktoru Məlahət Abdullayeva Şəfəq Sahiblinin yaradıcılığı haqqında ətraflı məlumat verib. Yazıçı Seyran Səxavət, türkiyəli qonaqlar Savaş Unal, Yahya Azəroğlu, şair-bəstəkar Hüseyn Sözlü, şairlərdən Aləmzər Sadıqqızı, Fərqanə Mehdi, Arzu Nehrəmli, Rəna Mərzili və başqaları müəllifi təbrik edib, xoş arzularını çatdırıblar. 
   * * *
   Regional idarənin Zəngilan rayon nümayəndəliyi və Ağsaqqallar Şurasının birgə təşkilatçılığı ilə 4 saylı orta məktəbdə şair Oktay Zəngilanlının görüşü keçirilib.
   Tədbirdə şairin yaradıcılığı haqqında məlumat verilib, şagirdlərin ifasında şeirləri dinlənilib.
   Çıxış edənlər müəllifə xoş arzularını çatdırıblar. Sonda şair tədbirin təşkilində əməyi olan hər kəsə təşəkkür edib və şeirlərini oxuyub.