Beynəlxalq Muğam Mərkəzində “Bahar süitası” adlı klassik musiqi axşamı təşkil olunub. Respublikanın gənc ifaçılarının qatıldığı konsert proqramında Azərbaycan bəstəkarlarının əsərləri səsləndirilib. Həmçinin, konsertdə Azərbaycan Dövlət Simli Kvarteti də müxtəlif kompozisiyalar təqdim edib.
   Gecədə təqdim olunan bir-birindən gözəl ifalar böyük maraqla qarşılanıb.