Füzuli Dövlət Dram Teatrı Novruz bayramı münasibətilə "Bahar gülüşü” adlı şou-proqram hazırlayıb. Proqram martın 10-dan 25-dək rayonun işğaldan azad olunmuş və yeni salınmış kənd və qəsəbə ictimaiyyətinə təqdim ediləcək.
   Novruz əhvalatları, milli nağıl qəhrəmanlarımızın bayram sərgüzəştləri, Kosa və Keçəlin zarafatlarının yer aldığı proqramın ssenari müəllifləri teatrın direktoru, Əməkdar mədəniyyət işçisi Vaqif Vəliyev və teatrın ədəbi hissə müdiri Əfsanə Kərimova, quruluşçu rejissoru Asif Şirinov, rəssamı Ellinaz Balaşova, musiqi tərtibatçısı Sənan Sevindikzadədir.